Dəb eskizi

Dəb eskizi dərsləri – dəb sahəsinə marağı olanlar  üçün  ideyalarını kağız üzərinə köçürməyə, bu sahə haqqında bilik və bacarıqlarını artırmağa və modelyer-dizayner olub, öz şəxsi kolleksiyalarını  yaratmağa köməklik göstərir. Proqramın sonunda tələbələrə  öz kolleksiyalarını  eskiz halında hazırlayıb nümayiş etmək şansı  verilir. Proqramı uğurla başa çatdırmış tələbələr sertifikatla təltif olunur.

Kursun müddəti:

1) Dərslər həftədə 2 dəfə, 2 saat olduqda, təlimin  müddəti 5 ay davam edir.

2) Dərslər həftədə 3 dəfə, 2 saat olduqda, təlimin müddəti 4 ay davam edir.

Dərslər həftə içi 5 gün saat 10 dan 9 a kimi davam edir. Günlər və saatlar tələbənin istəyinə uyğun təyin olunur.

Təlim müddətində tədris olunur:

  • Müxtəlif üsulda eskizlər – fərqli skilet və hərəkətləndirmə qaydası;
  • Modelin müxtəlif duruşu
  • Müxtəlif üsullarla kölgə yaratmaq
  • Üz və üz detallarının çizimi
  • Model üzərində geyim çizimi (kölgə, işıq, qat, texnikalar)
  • Geyim çizimi (Köynək, qol, yaxa, don, ətək,  şalvar, üst geyimlər və s.)
  • Aksesuar çizimi ( ayaqqabı, çanta, papaq)
  • Parça fakturaları
  • Kolleksiyanın yaradılması

Təlim dili: Azərbaycan dili, Rus dili